Vidadi İsayev Bərdənin Mirzəxan Qaraqoyunlu kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR
461
05 Feb 2025 | 17:28

Vidadi İsayev Bərdənin Mirzəxan Qaraqoyunlu kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR

Bərdə rayon İcra Hakimiyyəti başçısı Vidadi İsayevin Mirzəxan Qaraqoyunlu kəndində səyyar qəbul-görüşü keçirilib.
 
Moderator.az xəbər verir ki, görüşdə İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak ediblər.
 
Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatların, əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində icra olunan layihələrin hər bir yaşayış məntəqəsini əhatə etdiyini vurğulayıb və Mirzəxan Qaraqoyunlu kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verib.
 
Görülən işlərdən məmnunluqlarını bildirən sakinlərin daha sonra təklif və şikayətləri dinlənilib, istismar müddəti bitmiş elektrik şəbəkəsinin yenidən kabelləşməsi, dren kanalın və suvarma arxının lildən təmizlənməsi, köhnə telefon xətlərinin ərazidən götürülməsi, kənd körpüsünün yenidən bərpa edilməsi, 1 ədəd artezian quyusunun qazılması ilə bağlı müraciətlər dinlənildikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Link kopyalandı!
Son xəbərlər