Ağdərədə ermənilərə aid silah-sursat aşkar edildi - FOTO
454
17:00, Bu gün

Ağdərədə ermənilərə aid silah-sursat aşkar edildi - FOTO

Qarabağ bölgəsində ərazidə mühəndis işləri aparılan zaman Ermənistan silahlı birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus silah-sursat aşkar edilib.
 
Bu barədə Moderator.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində Ağdərə rayonu ərazisində aşkar edilən 1 ədəd SVD silahı, 1 ədəd RPK-74M, 1 ədəd AK-74M, 1 ədəd əl qumbaraatanı, 2 ədəd gecə görmə cihazı və 1 ədəd avtomat silahı üçün səsboğucu müsadirə edilib.
 
Qeyd olunub ki, azad edilən ərazilərdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.
Link kopyalandı!
Son xəbərlər