İsveçdə Quranın yandırılmasının təşkilatçısına hökm oxundu - FOTO
472
17:44, Bu gün

İsveçdə Quranın yandırılmasının təşkilatçısına hökm oxundu - FOTO

Stokholm Dairə Məhkəməsi Qurani-Kərimin yandırılması ilə bağlı aksiyanın təşkilatçısı Salvan Nacemi təqsirkar sayıb.
 
Bu barədə sözügedən məhkəmə instansiyasının saytında məlumat verilib.
 
Məlumata görə, yanvarın sonunda güllələnmiş Salvan Momika ilə əlbir olan S.Nacem milli əlamət üzrə nifrətin qızışdırılmasında təqsirkar bilinib. Onun barəsində şərti cəza və cərimə hökmü çıxarılıb.
 
Məhkəmənin qərarında deyilir:
 
"Dairə Məhkəməsi hesab edir ki, motiv İslam dininin tənqidi olsa belə, hərəkətlər və davranışlar faktiki müzakirə və tənqiddən kənara çıxıb. Bütün hallarda aksiya iştirakçıları müsəlmanlara nifrət ifadə ediblər".  /Oxu.az/

Link kopyalandı!
Son xəbərlər