Gənclər Günü münasibətilə ağacəkmə aksiyası keçirildi - FOTOLAR
442
15:01, Bu gün

Gənclər Günü münasibətilə ağacəkmə aksiyası keçirildi - FOTOLAR

Abşeronda 2 Fevral - Gənclər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib.
 
Moderator.az xəbər verir ki, aksiyada ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, tələbə və gənclər iştirak ediblər.
 
Aksiya nəticəsində Abşeron rayonunun Müşfiqabad qəsəbəsi ərazisindəki bir hektardan çox ərazidə müxtəlif növ mindən çox ağac əkilib.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ‘’Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC-nin sədri Cavid Abdullayev “Report”a açıqlamasında bildirib ki, ağacəkmə aksiyasında yerli iqlim şəraitinə uyğun Eldar şamı və Avropa zeytunu cinslərindən ibarət ağaclar əkilib:
 
“Son altı ildə Abşeron və Qaradağ rayonlarının inzibati ərazilərində, Müşfiqabad qəsəbəsi ətrafı sahələrdə 250 hektarda 141 min 640 ədədə yaxın müxtəlif növ ağac və kol bitkiləri - Eldar şamı, sərv, Şərq çinarı, zeytun, nar, tut və s. əkilərək yeni yaşıllıqlar salınıb. Yaşıllıqların salınması üçün istifadə olunmuş tinglər “Azəryaşlandşaft”ın tinglik sahələrində yetişdirilib".
 
Onun sözlərinə görə, ağacların əkildiyi ərazilər müasir damcılı suvarma sistemi ilə təchiz olunub:
 
"Yaşıllıqların suvarılmasında su mənbəyi olaraq qəsəbənin tullantı sularından və yağış suları ilə formalaşan Qozlu çayın suyundan istifadə olunur. İdarədə keçirilmiş son inventarlaşmanın nəticəsinə görə ərazidə becərilən ağac və kol bitkilərinin bitməsi 98 faiz təşkil edir”.
 
"Gənc Könüllülər" İctimai Birliyinin üzvü Rabiya İmaməliyeva isə bildirib ki, ekoloji tarazlığın qorunması hər kəsin məsuliyyətidir:
 
“Bizim – gənclərin də burada aktiv rol oynaması böyük önəm daşıyır. Ağacəkmə aksiyasında könüllü iştirak edərək həm təbiətə töhfə verməyi, yeni biliklər, təcrübələr əldə etməyi hədəfləmişik. Dövlətin və könüllü təşkilatlatların gənclərə yönəlik bu cür fəaliyyətlər təşkil etməsi olduqca xeyirlidir. Bu təşəbbüslərdə iştirakla Gənclər Günümüzü faydalı qeyd etdik, həmçinin gələcək üçün yeni, sağlam dünya yaratmağa çalışırıq”.
Link kopyalandı!
Son xəbərlər