Bizi sosial şəbəkələrdən izləyin:
Sabiq maliyyə naziri, professor Saleh Məmmədov “Webometric.info” süni intellekt proqramının 32 minə yaxın dünya universitetlərinin beynəlxalq reytinqi üzrə ilkin nəticələri barədə yazıb.
Moderator.az-ın məlumatına görə, professor bildirib ki, nəticələr ürəkaçan deyil:
“UNEC-dən başqa ilk beşlikdə olan bütün universitetlərdə vəziyyət pisləşib.
Yalnız UNEC 160 universiteti də geridə buraxaraq dünyanın 32 min universiteti içərisində 2840-cı yerə çıxıb, yəni dünya universitetlərinin ilk 9%-liyində yer alıb.
Azərbaycan universitetləri içərisində isə birinci yeri tutub. UNEC-dən sonra gələn Azərbaycan universitetləri təqribən 1200 universitet UNEC-dən uzaqlaşıb, yəni daha pis vəziyyətə düşüb.
Bakı Dövlət Universiteti 4493-ə, Xəzər 4406-cı və s. yerlərə qədər geriləyib”.
Professor qeyd edib ki, təhsil sistemində ciddi islahatlara ehtiyac var və bu işdə bir ay da gecikmə böyük itkilərə gətirib çıxaracaq:
“Hazırda proqramda dəqiqləşmə prosesi gedir. Sabaha geniş hesabat hazırlamaq mümkün olacaq”.