Azərbaycan XİN ABŞ-yə başsağlığı verdi - FOTO
819
30 Jan 2025 | 13:12

Azərbaycan XİN ABŞ-yə başsağlığı verdi - FOTO

Azərbaycan Xarici İşlər Nazirliyi Vaşinqtonda baş vermiş aviaqəza ilə bağlı ABŞ-yə başsağlığı verib.
 
Moderator.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.
 
"Vaşinqtonda sərnişin təyyarəsi ilə helikopterin toqquşması nəticəsində baş verən faciəvi qəzadan dərin kədər hissi keçiririk. Həyatını itirənlərin ailələrinə səmimi başsağlığı verir və sağ qalanlara şəfa diləyirik", - məlumatda qeyd olunub.
 
Xatırladaq ki, Vaşinqtonun mərkəzindən 10-15 dəqiqəlik məsafədə, Ronald Reyqan hava limanı yaxınlığında səmada sərnişin təyyarəsi ABŞ ordusuna məxsus “Blackhawk” helikopteri ilə toqquşub. “American Airlines” təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvünün olduğunu açıqlayıb. İlkin məlumatlara görə, hadisədən sonra Potomak çayından azı 19 meyit çıxarılıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər