Türkiyənin Azərbaycandakı diplomatik fəaliyyətini başa vuran səfiri Cahit Bağcı Azərbaycanla bağlı vida paylaşımı edib.
Moderator.az xəbər verir ki, keçmiş səfir “X” hesabında yazıb:
“Əlvida, can Azərbaycan!
Əlvida, gəncliyimizin kədəri, yumruğumuzu qaldıran türkün azadlıq hayqırtısı, Qarabağ!
Əlvida, ürəyimizin sızıltısı, qələbə sevincimizin göz yaşı Xocalı!
Əlvida Bülbülün, Üzeyir Hacıbəylinin, Vaqifin və Xan qızı Natəvanın şəhəri, Qarabağın incisi Şuşa!
Əlvida, zəfəri salamlayan Cıdır düzünün xarıbülbülləri!
Əlvida, Nizami Gəncəvinin, Əhməd Cavadın və Nuri Paşanın şəhəri, müstəqillik atəşini yandıran Gəncə!
Əlvida, dağların qoynunda tarix və ipək qoxulu Şəki şəhər!
Əlvida, almalar diyarı Quba!
Əlvida, çaya adını verən Lənkəran şəhəri!
Əlvida, çörək qoxan küçələri və tut ağacları ilə İçərişəhər!
Əlvida, xeyriyyə təşkilatının yaradıcısı, yoxsulun, yetimin, şəhid yaxınının və xəstənin əltutanı, Zeynalabdin Tağıyev!
Əlvida, dənizlərin və Xəzərin bəzəyi qağayılar!
Əlvida, Şəhriyarın tarı, Alim Qasımovun muğamı!
Birlikdə çörək kəsdiyim, çay içdiyim dostlarım, sizə də əlvida!
Sizə xoşbəxtlik və gözəl günlər arzu edirəm! Duz və çörək haqqı adına haqlarınızı halal edin!
Uca Allah qardaşlığımızı, birliyimizi, həmrəyliyimizi daimi etsin. Biz və Allahın bütün yaxşı bəndələrinə Salam olsun!
Əlvida, əziz dostlar,
Əlvida, can Azərbaycan!”