Sərxoş halda transformatora girdi, yanaraq öldü - FOTO
1421
28 Jan 2025 | 12:16

Sərxoş halda transformatora girdi, yanaraq öldü - FOTO

Bakıda 32 yaşlı kişi yanaraq ölüb.
 
Moderator.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə dünən gecə saatlarında Xəzər rayonu Şüvəlan qəsəbəsində baş verib.
 
Bakı şəhər sakini 1993-cü il təvəllüdlü Ramiz Romanoviç Yakuner saat 02 radələrində sərxoş vəziyyətdə Şüvəlandakı “Günəşli” nevroloji sanatoriyasının həyətində yerləşən transformatora girib. Nəticədə o, ağır yanıq xəsarətləri alıb.
 
Ağır termiki yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılan Ramiz Yakuner orada vəfat edib.
 
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.
 
Fotoda Ramiz Yakuner
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər