Bizi sosial şəbəkələrdən izləyin:
Narkotiklərin satışında ittiham edilən tiktoker Zeynəb Ən-Nəimi yə hökm oxunub.
Moderator.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən təqsirləndirilən şəxs 5 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı Vüsal Mehrəliyev çıxış edərək Zeynəb Ən-Nəiminin 7 il 1 ay müddətində azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, Zeynəb Ən-Nəimi tanınmış tiktoker kimi də fəaliyyət göstərib.
Xatırladaq ki, Zeynəb Ən-Nəimi Nəsimi RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb və ona Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) ilə ittiham verilib.