Əməkdar artist oğlunun ölümündən danışdı:
853
18:22, Bu gün

Əməkdar artist oğlunun ölümündən danışdı: "Heç bir xəstəliyi yox idi" - YENİLƏNİB + FOTO

Əməkdar artist Nazir Rüstəmov oğlunun vəfat etməsinin səbəblərini açıqlayıb.
 
Moderator.az xəbər verir ki, Nazir Rüstəmov "Qaynarinfo"ya açıqlamasında oğlunun qara xəbərini gecə aldığını deyib:
 
"Gecə saatlarında xəbər gəldi ki, oğlunuz həyatda yoxdur. Anası da xəstəxanada yanında olub. Heç bir xəstəliyi yox idi, adi soyuqdəyməsi vardı… Özümüz də şokdayıq".
 
Nazir Rüstəmov 42 yaşlı oğlunun üç uşaq atası olduğunu vurğulayıb:
 
"Gözümüzün qarşısında getdi".
 
14:02
 
Əməkdar artist Nazir Rüstəmova ağır itki üz verib.
 
Moderator.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
 
Bildirilib ki, aktyorun oğlu Elxan Rüstəmov vəfat edib.
 
Gəncin hansı səbəbdən dünyasını dəyişdiyi açıqlanmayıb.
Link kopyalandı!
Son xəbərlər