İmişlidəki qəzada ölən məktəbli bir yaşında anasını itiribmiş - FOTO
231
14:10, Bu gün

İmişlidəki qəzada ölən məktəbli bir yaşında anasını itiribmiş - FOTO

İmişlidə baş verən qəzada xəsarət alan məktəbli Bakıda xəstəxanada dünyasını dəyişib.
 
Moderator.az "Unikal"a istinadən xəbər verir ki, 26 fevral 2015-ci il təvəllüdlü Məhbubə Coşqun qızı Əlizadə bu gün doğulduğu Yalavac kəndində dəfn olunacaq.
 
Məhbubə ailədə 5 uşaqdan sonuncusu idi.
 
Onun anası Vahidə Ənvər qızı Əlizadə Məhbubənin hələ bir yaşı tamam olmamış - 2016-cı il fevralın 10-da xəstəlikdən vəfat edib.
 
Xatırladaq ki, Dövlət Yol Polisi əməkdaşının idarə etdiyi avtomobil xidmətə gedən zaman qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində yol kənarında olan uşaqlara dəymişdi. Hadisə yerində 2 nəfər ölmüş, əlavə 2 nəfər, o cümlədən YPX avtomobilinin sürücüsü xəsarət almışdı.
Link kopyalandı!
Son xəbərlər