Bizi sosial şəbəkələrdən izləyin:
Yanvarın 21-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İtaliya Respublikasına rəsmi səfərə gəlib.
Bu barədə Moderator.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Roma şəhərinin “Ciampino” aeroportunda nümayəndə heyətini İtaliya Deputatlar Palatası Xarici əlaqələr komissiyasının üzvü Naike Qruppioni, Azərbaycanın bu ölkədəki səfiri Rəşad Aslanov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Milli Məclisin sədrinin bir sıra görüşləri nəzərdə tutulur.