Bu restoranda yararsız məhsullar aşkarlandı - FOTO
1352
21 Jan 2025 | 12:55

Bu restoranda yararsız məhsullar aşkarlandı - FOTO

Kütləvi qidalanmanın təşkil edildiyi iaşə obyektlərinə nəzarət tədbirləri çərçivəsində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi 37-də fəaliyyət göstərən, fiziki şəxs Əliyev Eyvaz Həsən oğluna məxsus “Dükkan” restoranında yoxlama keçirilib.
 
Moderator.az xəbər verir ki, bununla bağlı Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
 
Baxış zamanı emal sahəsində texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, xammalın saxlanmasına və temperatur rejiminə nəzarət olunmadığı aşkarlanıb. İstehlaka yararsız bir sıra qida məhsulları müəyyən olunaraq istehlaka təqdim edilməsinin qarşısı alınıb.
 
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən faktla bağlı inzibati protokol tərtib olunub.
 
İaşə obyektində işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılmasına dair məhdudlaşdırıcı qərar qəbul edilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər