Hamilə qadın təcili tibbi yardım avtomobilində öldü - FOTO
517
16:42, Bu gün

Hamilə qadın təcili tibbi yardım avtomobilində öldü - FOTO

Naxçıvanda 21 yaşlı hamilə qadın təcili tibbi yardım avtomobilində ölüb.
 
Moderator.az xəbər verir ki, qəfildən halı pisləşən 2004-cü il təvəllüdlü hamilə Məhərrəmova Gülcan İlham qızı üçün təcili tibbi yardım çağırılıb.
 
O, xəstəxanaya aparılarkən yolda təcili tibbi yardım avtomobilində yüksək təzyiq səbəbindən dünyasını dəyişib.
 
Mərhum Babək rayonu Payız kəndində dəfn olunub.
 
Qeyd edək ki, G.Məhərrəmova Naxçıvan Dövlət Universitetinin Memarlıq və Mühəndislik fakültəsinin Nəqliyyat mühəndisliyi ixtisası üzrə 2-ci kursunda (qiyabi) təhsil alırdı.
Link kopyalandı!
Son xəbərlər