Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan və Gürcüstanın baş nazirləri Əli Əsədov və İrakli Kobaxidze Bakıda Gürcüstanın yeni səfirlik binasının tikiləcəyi əraziyə baxış keçiriblər.
Moderator.az xəbər verir ki, məlumatı Gürcüstan hökuməti yayıb.
Bildirilib ki, 3 450 kv.m ərazini əhatə edəcək binanın tikintisinə yaxın vaxtlarda başlanılacaq.
Qeyd edilib ki, tikinti işlərinin aparılacağı torpaq sahəsi Gürcüstan hökumətinin nümayəndələrinə təhvil verilib.