Bizi sosial şəbəkələrdən izləyin:
Bərdə rayon İcra Hakimiyyəti başçısın Vidadi İsayevin Alpout kəndində səyyar qəbul-görüşü keçirilib.
Moderator.az xəbər verir ki, görüşdə İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatların, əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində icra olunan layihələrin hər bir yaşayış məntəqəsini əhatə etdiyini vurğulayıb və Alpout kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verib.
Görülən işlərdən məmnunluqlarını bildirən sakinlərin daha sonra təklif və şikayətləri dinlənilib, suvarma arxının lildən təmizlənməsi, kəndin elektrik şəbəkəsinin yenidən kabelləşməsi, kənddə fəaliyyət göstərən tibb məntəqəsinə internet xəttinin çəkilməsi, 1 ədəd elektrik güc transformotorunun verilməsi, qəzalı vəziyyətdə olan 2 ədəd elektrik dirəyinin dəyişdirilməsi, 1 ədəd artezian quyusunun qazılması, kənlərarası avtomobil yolunun asfaltlanması, 900 metrlik dren kanalın lildən təmizlənməsi ilə bağlı müraciətlər dinlənildikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.