Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Belçikanın paytaxtı Brüsseldə NATO-nun iclası çərçivəsində bir neçə ölkənin Baş Qərargah rəisləri ilə görüşüb.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin “X” hesabında paylaşım edilib.
Bildirilib ki, Türkiyənin Baş Qərargah rəisi ordu generalı Metin Gürak, Amerika Birləşmiş Ştatlarının Baş Qərargah rəisi general Çarlz Q. Brown, Azərbaycanın Baş Qərargah rəisi general Kərim Vəliyev, Macarıstanın Baş Qərargah rəisi general Qabor Böröndi və Rumıniyalı general Georghita Vlad ilə ikitərəfli görüşlər keçirib.