03:43
6°C
Bakı
Mərəzə qəsəbəsinin tərkib hissəsi olan Nərimankənd kəndində yerləşən bu mağara öz füsunkar görkəmi ilə diqqət çəkir. Heyrətamiz qayalar üzərində yerləşən mağara iç-içə oyma otaqlardan ibarətdir.
"Peyğəmbər mağarası" da adlandırılan mağarada, bir-birinə keçid olmaqla dörd otağa rast gəlinir. Mağaranın ümumi və ayrı-ayrı giriş qapıları var. Yerli sakinlərin sözlərinə görə, burada qədim insanların məskəni olub. Lakin bəzi alimlərin fikrincə, "Peyğəmbər mağarası"nın tarixi orta əsrlərə gedib çıxır və bura dərvişlərin məskəni olub.
PhotoStock.Az-ın əməkdaşı ərazidən fotoreportaj hazırlayıb: