“Saraydakı 3 saylı məktəbdə mənfiləri görən valideyn tək mənəm, digərləri qorxur ki...” - FOTO
538
14:46, Bu gün

“Saraydakı 3 saylı məktəbdə mənfiləri görən valideyn tək mənəm, digərləri qorxur ki...” - FOTO

“Övladlarım Saray qəsəbəsi 3 nömrəli tam orta məktəbdə oxuyurlar. Məktəbdə uşaqların sayı çox olduğuna görə 3-4 növbə var. Uşaqlar axşam saat 17:30-da məktəbdən çıxırlar. Evə gəlib çatanda artıq saat 6 olur. Məktəbimizin həyətində əlavə korpus inşa etmək üçün böyük ərazi var. İstəyimiz budur ki, sinif sayı çoxalsın və övladlarımız normal şəkildə məktəbə gedib gəlsinlər. Mövcud problemlə bağlı ötən il Elm və Təhsil Nazirliyinə müraicət etmişdik. Direktoru özü də bildirib, sadəcə baxan yoxdur. Elə şagird var ki, saat 7-də dərsdən çıxır. Qış ayıdır, nəzərə alınmalıdır ki, uşaqdır, böyük problemlər üzə çıxır. Hər sinifdə 24, 27 şagird var. Sarayda 2 saylı başqa bir məktəb var. Ora çox mükəmməl, təmiz və səliqəlidir. Orada uşaq məktəbə görə çox azdır. Bizdə isə əksinə, məktəb orta dərəcədədir, uşaq çox”.
 
Bunu Moderator.az-a açıqlamasında şikayətçi valideyn Aygün Qasımova bildirib.
 
Valideyn daha sonra başqa bir problemi də dilə gətirib:
 
“Mənim qızlarım dərsə 5 gün gedirlər. Həftənin bir gününə 45 dəqiqə inglis dili fənni salıblar. Uşaqlar da inglis dilindən çox zəifdirlər. İnglis dilindən hələ ibtiadi sinifdə oxuyur deyə hazırlığa qoymamışam. Həftənin bir günü 45 dəqiqə uşaq üçün çox azdır. 45 dəqiqəyə uşaq nə öyrənə bilər? Üstəlik də bütün sinfə bir müəlllim dərs keçirsə... Bir valideyn kimi bundan da narazıyam. Bizim müəllim ilə problemimiz var idi deyə uşaqlarım təzə sinfə keçdilər. Orada da valideynləri o qədər də tanımıram. Bizim məktəbin mənfilərini görən də tək mən valideynəm. Başqa heç kim bu məktəbin mənfilərini görmür. Əslində görürlər, sadəcə uşaqlarına görə susurlar. Ona görə də heç kim şikayət etmir. Direktora inglis dili problemini də bildirmişəm, o da deyir ki, nazirliyin qoyduğu qayda-qanun belədir, biz nə edə bilərik? Ümid edirəm ki, problemlər tezliklə həllini tapacaq” deyə şikayətçi bildirib.
 
P.S. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...
 
Link kopyalandı!
Son xəbərlər