Görünüşü ilə yaşına meydan oxuyan aktrisa:
247
14:11, Bu gün

Görünüşü ilə yaşına meydan oxuyan aktrisa: "Evdə üzümə bu maskadan çəkirəm, siz də edin" - FOTO

Mine Tugay 46 yaşında olmasına baxmayaraq, həm gözəlliyi, həm də sağlam həyat tərzi ilə sosial şəbəkələrdə diqqət mərkəzindədir.
 
Aktrisa öz evində hazırladığı və təbii inqrediyentlərdən ibarət maska ilə dərisinin parlaq və təravətli qalmasını təmin etdiyini açıqlayıb.
 
Karyerasının əvvəlində çəki artırmaq üçün balıq yağı və süd kimi qidaları üstün tutan Mine Tugay ideal çəkisinə çatdıqdan sonra ödəmi azaltmaq üçün sulu yeməklərlə qidalanmağa diqqət yetirib.
 
Həmçinin səhərlər limonlu su içərək günə başlayır və səhər yeməyində təbii qidalara üstünlük verir.
 
Dəri baxımında isə zərdəçal, bal və limon suyu ilə hazırladığı maskanı tətbiq etdiyini deyərək, bu resepti başqalarına da tövsiyə edir. Gündəlik rejimində pilates və evdə idman da onun sağlam qalmasına kömək edir. /Milli.az/
 
 
Link kopyalandı!
Son xəbərlər