Yeni dünya nizamında Azərbaycanın xüsusi yeri olacaq
356
13:24, Bu gün

Yeni dünya nizamında Azərbaycanın xüsusi yeri olacaq

“İkinci Dünya müharibəsindən sonra qurulan dünya nizamı artıq demək olar ki, mövcudluğunu itirib. Onun yerinə yeni dünya nizamının formalaşması prosesinin getdiyinə şahidlik etməkdəyik”.
 
Moderator.az xəbər verir ki, bu barədə politoloq Qabil Hüseynli Musavat.com-a şərhində bildirib.
 
qabil.jpg (172 KB)
 
O qeyd edib ki, yeni dünya nizamı ədalət prinsiplərinə əsaslanmasa, dünyanı qarşıda daha böyük qarşıdurmalar, müharibələr, fəlakətlər sarsıdacaq:
 
“Bunun baş verməməsi, bəşəriyyətin sülh, əmin-amanlıq şəraitində yaşaması üçün yeni nizam ədalət prinsipinə əsaslanmalıdır. Ədalət prinsipi isə ilk növbədə dövlətlərin suverenliyinə, müstəqilliyinə xələl gətirəcək siyasətdən imtina, bir-birinin işlərinə qarışmamaq, müxtəlif bəhanələrlə ölkələrin daxili vəziyyətini gərginləşdirməməklə qoruna bilər. Təəssüflər olsun ki, bu gün özünü dünyanın ağası hesab edən dövlətlərin yürütdüyü siyasətdə bu prinsipləri görmək mümkün deyil. Təəssüf ki, bu prinsiplərin əksinin tətbiq olunması cəhdləri get-gedə artır. Beləliklə, dünya hegemonluğu uğrunda savaşda qarşı-qarşıya duran tərəflər əslində özlərini də, dünyanı da uçuruma sürükləyirlər”.
 
Politoloq bildirib ki, yeni dünya nizamının formalaşmasında tələb olunan ədalət prinsiplərini özünün xarici siyasət xətti kimi qəbul edən dövlətlərdən biri Azərbaycandır:
 
“Azərbaycanın mövqeyi bundan ibarətdir ki, dövlətlərin suverenliyinə, müstəqilliyinə xələl gətirəcək siyasətdən imtina edilməli, bir-birinin işlərinə qarışmamaq, müxtəlif bəhanələrlə ölkələrin daxili vəziyyətini gərginləşdirməmək siyasəti əsas götürülməlidir. Bu mövqeyi Azərbaycanın müstəqil siyasət yürütdüyünü nümayiş etdirir və özünə dünyada nüfuz qazandırır.
 
Azərbaycanın geostrateji mövqeyi, bölgədə hab olması, yeni nəqliyyat və energetika xəritəsi yaratması, Asiya ilə Avropanı birləşdirməsi və əvəzolunmaz ölkəyə çevrilməsi yeni dünya nizamında öz xüsusi çəkisi olan dövlət kimi qəbul ediləcəyini labüd edir.
 
Azərbaycan ərazicə böyük dövlət olmasa da, müstəqil siyasət yürütməsi, ədalət prinsiplərinə əsaslanan siyasətin tərəfdarı olması kimi amillər onu Trampın bir sözü ilə baş naziri istefaya gedən Kanadadan, güc mərkəzlərindən asılı olan Avropa ölkələrindən fərqləndirir. Buna görə Azərbaycanın siyasəti haqlı olaraq ona rəğbəti daha da artırır və yeni dünya nizamı tam formalaşma prosesinə düşəndə Azərbaycanın mövqeyi də nəzərə alınacaq, Azərbaycan yeni dünya nizamında xüsusi yeri olan xüsusi çəkiyə malik dövlət kimi tanınacaq”.
 
Link kopyalandı!
Son xəbərlər