Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan istiqamətində son durum
248
12:00, Bu gün

Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan istiqamətində son durum

"Son zamanlar Ermənistan tərəfi Naxçıvanla üzbəüz ərazilərdə özünün hərbi istehkamlarının sayını artırır, yeni səngərlər, daimi dislokasiya üçün yerlər yaradır. Görünür, erməni tərəfi nədənsə narahatdır. Amma buna əsas yoxdur. Çünki Azərbaycan dövləti hər zaman sülh və dialoqun tərəfdarıdır".
 
Moderator.az xəbər verir ki, bunu Teleqraf.com-a Milli Məclisin Regional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi Siyavuş Novruzov deyib.
 
O qeyd edib ki, Naxçıvan İrəvana ən yaxın bölgədə yerləşir:
 
“Bu mənada sözsüz ki, Naxçıvanın coğrafi mövqeyi ilə yanaşı hərbi strateji əhəmiyyəti olduqca önəmlidir. Eyni zamanda Azərbaycan Ordusunun Naxçıvanda çox güclü potensiala malik hissəsi mövcuddur. Ona görə də, erməni tərəfi vaxtaşırı olaraq Naxçıvanla bağlı absurd iddialar səsləndirir”.
 
 
Komitə sədri bir müddət öncə tarixi Qars (1921-ci ildə) müqaviləsinin də gündəmə gətirildiyini bildirib:
 
“Ermənilər iddia edirdilər ki, Qars müqaviləsi və onun ardınca Naxçıvanın muxtariyyət statusu ləğv edilməlidir. Azərbaycan haqlı olaraq bu məsələnin əsl mahiyyətini ortaya qoydu və iddiaların əsassız olduğunu sübut etdi”.
 
Siyavuş Novruzov hesab edir ki, erməni tərəfinin əlavə istehkamlar qurmasına ehtiyac yoxdur:
 
“Yaxşı olardı ki, Ermənistan Azərbaycanın təklif etdiyi sülh konsepsiyası üzərində işləyib yekun nəticənin əldə olunmasına çalışsın. Bunun əvəzinə onların Zəngəzura yeni hərbi texnikalar cəlb etməsi diqqət mərkəzindədir. İranın da bu məsələdə rolu az deyil. Əslində İran Ermənistan tərəfindən Avropa İttifaqının bölgəyə əlavə qüvvə cəlb edilməsinə etiraz etməli idi”.
 
Link kopyalandı!
Son xəbərlər