Aktaudakı Azərbaycan diasporundan nümunəvi addım - FOTO
613
10 Jan 2025 | 17:30

Aktaudakı Azərbaycan diasporundan nümunəvi addım - FOTO

Qazaxıstanın Aktau şəhərində fəaliyyət göstərən “Manqistau vilayəti Azərbaycanlıları Assosiasiyası” İctimai Birliyinin nümayəndələri “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin qəzaya uğramasından sonra yardım göstərən Qazaxıstanın bir sıra strukturlarının əməkdaşlarını mükafatlandırıb.
 
Bu barədə Moderator.az-a təşkilatdan məlumat verilib.
 
Mükafatlandırılanlar sırasında ilk yardıma gələn “Mangistau Regional Electric Grid Company” ASC başda olmaqla, təcili tibbi yardım, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, morqda fəaliyyət göstərən tibb işçiləri, həkim travmatoloq və reanimataloq var.
 
Assosiasiya tərəfindən adıçəkilən strukturun əməkdaşlarına təşəkkürnamələr və qiymətli hədiyyələr təqdim edilib, onlara göstərdikləri xidmətlərə görə minnətdarlıq ifadə olunub.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər