Bizi sosial şəbəkələrdən izləyin:
Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Perinatal Mərkəzin həkimləri ağır vəziyyətdə olan körpəni xilas ediblər.
Moderator.az xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.
Bildirilib ki, ötən ilin dekabrın 28-də Masallı rayonundan olan 55 yaşlı qadının 32 il sonsuzluqdan sonra ekstrakorporal mayalanma hamiləlikdən paytaxtda özəl tibb müəssisələrinin birində qeysəriyyə əməliyyatı ilə dünyaya gətirdiyi 2 kiloqram 690 qram çəkidə olan körpə (kişi cinsli) dekabrın 30-da yeni doğulmuşun tənəffüs pozğunluğu sindromu diaqnozu ilə ağır vəziyyətdə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Perinatal Mərkəzə təxliyə olunub.
Süni tənəffüs aparatına qoşulan körpəyə həkimlər və tibbi kollektiv tərəfindən bütün zəruri tədbirlər həyata keçirilib.
Onun tənəffüsü bərpa olunub və yanvarın 10-da evə yazılıb.