Bizi sosial şəbəkələrdən izləyin:
“Tıxacsız yolların açarı ictimai nəqliyyatın inkişaf etdirilməsidir”.
Bunu Moderator.az-a açıqlamasında nəqliyyat eksperti Ərşad Hüseynov deyib.
Onun sözlərinə görə, istənilən şəhərdə, xüsusən də paytaxtda, həmçinin Abşeron yarımadasının hər yeri, bura Sumqayıt, Xırdalan, eyni zamanda bütün ətraf kəndlər və qəsəbələr də daxildir: “Biz bu ərazilərdə tıxacsız, fasiləsiz, rahat mobillik istəyiriksə, onun açarı ictimai nəqliyyatdır. Yəni, ictimai nəqliyyat olmadan heç bir müasir şəhərdə fasiləsiz, tıxacsız hərəkət mümkün deyil”.
Ekspert əlavə edib ki, bunun üçün ictimai nəqliyyatın bütün çeşidləri mükəmməl olmalıdır: “Maddi imkan nəyə çatırsa, konsepsiya nədirsə ona uyğun inkişaf aparılmalıdır. Ona görə də avtobusları sayı çoxaldılmalı, hər bir yeri əhatə etməli, dəqiq qrafiklə işləməli, komfortlu avtobuslar olmalıdır”.
Ərşad Hüseynov vurğulayıb ki, ən başlıcası bu gün üçün hər yeri əhatə etməsi və dəqiq qrafiklə işləməsidir: “Ondan sonra maddi imkanı və sərnişin axınını nəzərə alaraq tramvay xətləri çəkilə, ictimai nəqliyyatın inkişafı üçün əməli addımlar atıla bilər”.