İlham Əliyev Küveytin yeni səfirini qəbul etdi - YENİLƏNİB + FOTO
540
17:57, Bu gün

İlham Əliyev Küveytin yeni səfirini qəbul etdi - YENİLƏNİB + FOTO

Prezident İlham Əliyev yanvarın 10-da Küveytin Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Feysal əl-Mutairinin etimadnaməsini qəbul edib.
 
Moderator.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.
 
Dövlətimizin başçısı ölkələrimiz arasında çox fəal siyasi əlaqələrin genişləndiyini vurğulayaraq, Küveytə rəsmi səfərini məmnunluqla xatırladıb. Prezident İlham Əliyev Azərbaycan-Küveyt qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyəcinə əminliyini bildirdi və bunun üçün yaxşı imkanların olduğunu deyib.
 
Prezident İlham Əliyev Küveytin yüksək səviyyədə nümayəndə heyəti ilə COP29-da təmsil olunmasının və bu tədbir çərçivəsində Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah ilə görüşünü məmnunluqla xatırladıb.
 
Dövlətimizin başçısı səfirə fəaliyyətində uğurlar arzulayıb.
 
Xoş sözlərə görə minnətdarlığını ifadə edən səfir Azərbaycan Prezidentinin qəbulunda olmaqdan böyük fəxr hissi keçirdiyini bildirərək, Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabahın və Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Həməd əl-Sabahın salamlarını dövlətimizin başçısına çatdırıb.
 
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Küveyt Dövlətinin Əmirinə və Vəliəhdinə çatdırmağı xahiş edib..
 
Səfir təyyarə qəzası nəticəsində həlak olanlarla bağlı bir daha Küveyt Əmirinin başsağlığını çatdıraraq, yaralananların tezliklə şəfa tapmasını arzulayıb.
 
O, COP29-un yüksək səviyyədə təşkilinə və əldə olunmuş nailiyyətlərə görə Azərbaycana və dövlətimizin başçısına təbriklərini çatdırıb.
 
Söhbət zamanı siyasi münasibətlərimizin çox yaxşı səviyyədə olması, iqtisadi, ticarət və sərmayə sahələrində əlaqələrin inkişafı, hökumətlərarası komissiyanın iclasının keçirilməsi və iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin aparılması məmnunluqla vurğulanıb.
 
Azərbaycan ilə Küveytin beynəlxalq təşkilatlar çərçivəsində yaxından əməkdaşlığına toxunulub, ölkələrimizin daim bir-birini dəstəklədiyi bildirilərək, bu xüsusda BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, OPEC+ formatında əməkdaşlıq qeyd olundu. Eyni zamanda, Azərbaycanın Ərəb Dövlətləri Liqası və Körfəz Əməkdaşlıq Şurası ilə də əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiyi bildirilib.
 
Görüşdə son dövrlərdə qarşılıqlı turizmin və insanlararası təmasların daha da genişlənməsi məmnunluqla qeyd olunub.
 
15:30
 
Prezident İlham Əliyev yanvarın 10-da Küveytin Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Feysal əl-Mutairinin etimadnaməsini qəbul edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Link kopyalandı!
Son xəbərlər