Ayxan Hacızadə Nikol Paşinyana cavab verdi - FOTO
687
09 Jan 2025 | 17:21

Ayxan Hacızadə Nikol Paşinyana cavab verdi - FOTO

"Qoy əməlləriniz sözlərinizdən üstün olsun. Maraqlıdır ki, sizin "sülhsevər narrativiniz" regionda davamlı sülh və sabitliyin yaradılmasının ən vacib sütununu - dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət məsələsini kənarda qoyur".
 
Moderator.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyana cavabında deyib.
 
O bildirib ki, əgər Ermənistan həqiqətən qonşuları ilə sülh qurmaqda maraqlıdırsa, niyə "Qərbi Ermənistan" və "Dağlıq Qarabağ Respublikası" adlandırdıqları ərazilərə iddialarından konstitusiyalarının və milli qanunvericiliklərinin çərçivəsində imtina prosesinə başlamaqdan bütün vasitələrlə imtina edirlər?
 
"Təəssüf ki, sizin arqumentləriniz Ermənistanın "xoş niyyətlərinin" təsdiqi kimi qəbul edilə bilməz", - deyə XİN sözçüsü vurğulayıb.

 
Link kopyalandı!
Son xəbərlər