Bakıda özünü qatarın altına atan şəhid qardaşı tələbə imiş - FOTO
712
09 Jan 2025 | 15:32

Bakıda özünü qatarın altına atan şəhid qardaşı tələbə imiş - FOTO

Yanvarın 7-də metronun "Ulduz" stansiyasında özünü qatarın altına atan gənc vəfat edib.
 
Moderator.az "Unikal"a istinadən xəbər verir ki, intihar edən Saməddin Aslanov Azərbaycan İdman Akademiyasının birinci kurs tələbəsi olub.
 
O, ümumi fiziki hazırlıq ixtisası üzrə təhsil alırdı.
 
***
 
Yanvarın 7-də Bakı Metropoliteninin "Ulduz" stansiyasında özünü qatarın altına atan Saməddin Aslanov vəfat edib.
 
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
 
Bildirilib ki, 07.01.2025-ci il tarixində saat 22:40-da 2007-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub:
 
"Baş-beyinin travması diaqnozu ilə Cərrahi reanimasiya şöbəsinə yerləşdirilən pasiyentin vəziyyəti ağır qiymətləndirilib.
 
Aparılan müalicə və reanimasiya tədbirlərə baxmayaraq, 08.01.2025-ci il tarixində saat 13:00-da onun ölüm faktı qeydə alınıb".
 
Həmçinin, "Qafqazinfo"nun məlumatına görə, intihar edən gənc 1-ci kurs tələbəsidir.
 
Şəhid Vüsal Vəliyevin qardaşı Elyar Vəliyev bildirib ki, Saməddin Vətən müharibəsi şəhidi Babək Aslanovun qardaşıdır. O, intihar etməzdən əvvəl sosial şəbəkədə bunun anonsunu verib və ağır psixoloji vəziyyətdə olduğunu, intiharına görə heç kimin günahkar olmadığını bildirib.
 
Link kopyalandı!
Son xəbərlər