Bizi sosial şəbəkələrdən izləyin:
Aktrisa Serenay Sarıkaya müğənni Mert Demir ilə bağlı haqqında yayılan iddialara münasibət bildirib.
O, birgə çalışdığı agentliyin açıqlamasını paylaşaraq yayılan məlumatların şər olduğunu açıqlayıb.
Qeyd edək ki, bir neçə gündür türk mediasında sözügedən agentliyin rəhbərinin aktrisalardan birinin homoseksual müğənni ilə sevgili kimi təqdim etməsi ilə bağlı məlumatlar yayılır.
Həmin müğənni isə agentliyə və aktrisaya pul ödəyir. Onun Mert Demir, aktrisanın Serenay olduğu iddia edilib. /Musavat.com/