1383
07 Jan 2025 | 18:25

"Fənərbağça"nın məşhur futbolçusu bu aktrisa ilə sevgili imiş - FOTOLAR

Süper Liqa nəhəngi "Fənərbağça"da azarkeşlərin tənqidlərinə məruz qalan Samet Akaydın şəxsi həyatı ilə gündəmə gəlib.
 
Türkiyə mətbuatı xəbər verir ki, o, ölkəsinin "Gönül Dağı" serialında bələdiyyə başçısının qızı Asuman obrazını canlandıran aktrisa Hazal Çağlarla eşq yaşadığı üzə çıxıb.
 
Onlar aylar sonra ilk fotolarını paylaşıblar. Uzun müddət gözlərdən uzaq olan ikili romantik pozlarla münasibətlərini elan ediblər.
 
Sözügedən serialla tanınan Hazal Çağlar və futbolçu Samet Akaydının eşqləri müzakirə mövzusu olub.
 
Hazal sosial media hesabında bu mövsüm "Fənər"ə qayıdan və performansı ilə azarkeşlərin tənqidlərinə məruz qalan alan müdafiəçi adını yazaraq ürək emojisi əlavə edib. /Milli.az/

Link kopyalandı!
Son xəbərlər