Silahlar yenidən İŞƏ DÜŞDÜ: İrəvan sülhdən İMTİNA EDİR?
1412
06 Jan 2025 | 17:25

Silahlar yenidən İŞƏ DÜŞDÜ: İrəvan sülhdən İMTİNA EDİR?

Azərbaycanla Ermənistan arasında xeyli müddətdir davam edən atəşkəs yenidən pozulub. Azərbaycan Müdafiə Nazirliyinin bu barədə yaydığı məlumata görə, ötən gün saat 22:00-dan 22:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ və Xanazax istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Zabux və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
 
Nazirlik bildirib ki, son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri mövqelərimizi bir neçə dəfə atəşə tutub və bütün bu hallar aidiyyəti üzrə qeydiyyata alınıb. Maraqlıdır, uzun müddət fasilədən sonra ermənilərin yenidən silaha əl atmasının, atəşkəsi pozmasının səbəbi nədir? Sülh sazişi üzrə danışıqların davam etdirildiyi halda atəşkəsi pozmaqla İrəvan nə demək istəyir?

Silahlar yenidən İŞƏ DÜŞDÜ: <span style=color:red>İrəvan sülhdən İMTİNA EDİR?

Mövzu ilə bağlı Medianews.az-a danışan hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, Ermənistn silahlı qüvvələrinin birinci eşelon bölmələri növbəti dəfə Laçın istiqamətində atəşkəs rejimini pozub.

Silahlar yenidən İŞƏ DÜŞDÜ: <span style=color:red>İrəvan sülhdən İMTİNA EDİR?

Onun sözlərinə görə, qalib Azərbaycan sülh sazişinin imzalanması gözləntisində olsa da məğlub Ermənistan sürətlə silahlanır, bu kimi təxribatlar törətməklə sülhün əldə edilməsində maraqlı olmadığını nümayiş etdirir: “Atəşkəs mərhələsi elədir ki, bu, sülh sazişinə də keçə bilərdi, yaxud birinci eşelon bölmələrində atəşkəsin pozulması nəticəsində qarşıdurmaya da gətirib çıxara bilərdi. Görünən odur ki, indi Ermənistan hər bir halda sülh sazişindən daha çox münaqişənin yeni mərhələsinə keçməkdə maraqlıdır. Xüsusən də indi Ermənistanı cəsarətləndirən qüvvələr var. Xüsusən də Fransanın moderatorluğunda Ermənistan sürətlə silahlanır. İrəvandakılar düşünürlər ki, artıq Cənubi Qafqazdda Azərbaycanla hər hansı bir revanşist əməliyyatları aparacaq bir gücə gəlib çatıblar. Bu səbəbdən biz müxtəlif istiqamətlərdə atəşkəsin pozulmasını və bundan sonra Ermənistanın təhriklərini gözləməliyik. Azərbaycanın cavabının da adekvat olacağını Ermənistan bilməlidir”.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər