“Sağlığında onun saçını yolub, üzünə tüpürürdü” - Aygün Bəylərin bacısı onun rəfiqələrini il mərasiminə buraxmır? - İDDİA
2475
06 Jan 2025 | 13:54

“Sağlığında onun saçını yolub, üzünə tüpürürdü” - Aygün Bəylərin bacısı onun rəfiqələrini il mərasiminə buraxmır? - İDDİA

Bu gün mərhum müğənni, əməkdar artist Aygün Bəylərin ildönümüdür.
 
Moderator.az-a etibarlı mənbədən daxil olan məlumata görə müğənninin bacısı Aynur Aygün Bəylərin rəfiqələrini yas mərasiminə dəvət etməyib. Xəbərin doğru olub-olmadığını öyrənmək üçün müğənninin digər bacısı Zümrüd Hümbətovaya zəng etdik. Saytımıza açıqlama verməkdən imtina edən Zümrüd xanım qısaca “bu haqda heç bir fikir bildirə bilmərəm. Çünki mən yas mərasimində iştirak etmirəm” deyərək kifayətləndi.
 
Xəbəri daha geniş araşdırmaq üçün Aygün Bəylərin uşaqlıq dostu Nübüvvət Əmrahova ilə əlaqə saxladıq. Rəfiqəsi saytımıza xəbəri təsdiq edərək bir çox iddialarla çıxış etdi:
 
“Biz Aygünlə bir sinifdə oxumuşuq, bir böyümüşük. Sənətə də eyni vaxtda gəlmişik. “Xəzər axşamı” verilişində Aygünlə birlikdə fotoları yayımlanan qız mənəm. Cavanşir Quliyevin bəhs etdiyi xanım da mənəm. Çünki yağışlı bir gündə Cavanşir müəllimə rast gələn biz olmuşduq. Aygünlə sevincimizi, kədərimizi bir bölmüşük. Ona bacılarından da yaxın olmuşam. Dünən yaxın tanışımızdan soruşdum ki, il mərasimi harada olacaq? Rəfiqələri bacısı Aynurdan soruşub. O da deyib ki, məsləhət olsaydı deyilərdi.. Mən onsuz da ora Aygünə görə gedirdim. Həmin o Aynur dəfələrlə Aygünə əl qaldırıb, üzünə tüpürüb, saçını yolub. Bunu Aygün özü ağlaya-ağlaya mənə danışırdı. İndi Aynurun timsah gözyaşları da, verdiyi məclis də mənə görə savaba yazılmır. Başqa rəfiqələri də maraqlanıb. Çox təəssüf ki, heç kimə icazə verməyib yasa gəlməyə. Bilmirik yasa kimi çağırıb? Əgər ən yaxınları Aygünün məclisində iştirak etmirsə, mən o məclisi göstəriş üçün verilən məclis sayıram. Mən səbəb kimi onu görürəm ki, bizi uzaqlaşdırmaqda məqsəd Aygünün hər şeyini mənimsəməkdir. Aygün qızını Zümrüd bacısına əmanət etmişdi. Aynur isə Cananı israrla özü saxlamaq istədi və Zümrüddən aldı. Məntiqlə özünüz düşünün də. Aygünlə biz bacı idik. Heyf Aygünümə.. O qədər gözəl ürəyi var idi ki.. Ölən vaxtı deyildi.. Mən sadəcə onu demək istəyirəm ki, Aynur çox günah iş görür. Nə qədər gec deyil ağlını başına yığsın. Pula görə o cür sənətkara hörmətsizlik etmək olmaz. Sinif yoldaşım Yeganə xanımla danışdım. Biz qəbirüstünü ziyarət edəndən sonra evimizə gələcəyik. Atamın ölümündən sonra Aygünün ölümü ürəyimi parçaladı” deyə Aygün Bəylərin rəfiqəsi bildirib.
 
P.S. İddialarla bağlı Aygün Bəylərin bacısı Aynur xanımın fikirlərini dərc etməyə hazırıq.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər