Uşaqları hədəf alan VİRUS YAYILIB: Necə qorunmalıyıq? - FOTO
1375
06 Jan 2025 | 13:13

Uşaqları hədəf alan VİRUS YAYILIB: Necə qorunmalıyıq? - FOTO

Son günlər Azərbaycanda uşaqlar arasında yeni virus yayılıb. Bəlğəmli öskürək, yüksək hərarət və boğaz ağrısı ilə müşahidə edilən xəstəlik valideynlərdə ciddi narahatlıq yaradıb.
 
Bəs görəsən, yayılan virus nədir və azyaşlıları necə qorumalıyıq?
 
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov mövzu ilə bağlı Oxu.Az-a danışıb.
 
 
O bildirib ki, qeyd olunan əlamətlər kəskin respirator və fəsli qrip infeksiyaları ilə əlaqədardır:
 
"Uşaqlar risk qrupu sayıldığı üçün onlar arasında daha çox yayılıb. Bu viruslardan qorunma yolları ənənəvi üsullardır. Məsələn, koronavirus infeksiyasından qorunma yollarının indiki virus infeksiyalarından qorunma yollarından fərqi yoxdur. Qorunmaq üçün xəstəlik əlamətləri olan şəxslərlə yaxın təmasda olmamalı, maska taxmalı, gigiyena qaydalarına əməl etməli və əhalinin sıx olduğu məkanlardan çəkinməliyik. Xəstə uşaqları evdə saxlamaq mütləqdir. Əgər yüksək bədən hərarəti üç gündən çox davam edirsə, həkimə müraciət tövsiyə olunur".
 
T.Eyvazov son günlər cəmiyyətdə narahatlıq yaradan HMPV virusu ilə bağlı da danışıb:
 
 
"İnsan metapnevmovirusu" (HMPV) Çində yayılıb. Yeni virus deyil. Respirator virusların bir növüdür. Bu virus illərdir, mövcuddur.
 
Bizdə yayılan virus fəsli qrip və digər respirator viruslardır".
 
Link kopyalandı!
Son xəbərlər