Bizi sosial şəbəkələrdən izləyin:
Keniyada Mukuku kəndinə kosmosdan naməlum obyekt düşüb.
Bu barədə Keniya Kosmik Agentliyi məlumat yayıb.
Açıqlamaya görə, təxminən 500 kiloqram ağırlığında və 2,5 metr diametrində olan bu obyekt kənddə heç bir itkiyə səbəb olmayıb.
Səlahiyyətlilər obyektin raketdən ayrılan qalıq ola biləcəyini söyləyib.
Obyektin hansı ölkəyə və ya təşkilata aid olduğunu müəyyən etmək üçün araşdırma aparılacağı bildirilib.
Keniya Kosmik Agentliyindən mayor Alois Vere deyib ki, obyektin sahibi müəyyən edildikdən sonra məsuliyyət daşıyan şəxslər məsuliyyətə cəlb olunacaqlar.
Qeyd edək ki, kosmik tullantıların əksəriyyəti atmosferə yenidən daxil olduqda yanır və ya okean kimi təcrid olunmuş ərazilərə düşür. Lakin bu həmişə mümkün olmur. /Ölkə.az/