Gözəllik müsabiqəsinin qalibi doğum gününə 4 gün qalmış vəfat etdi - FOTO
1626
03 Jan 2025 | 17:05

Gözəllik müsabiqəsinin qalibi doğum gününə 4 gün qalmış vəfat etdi - FOTO

"Queen of Charity 2021" gözəllik müsabiqələrinin rusiyalı iştirakçısı və finalçısı Mariya Orlova yanvarın 1-də 38 yaşında Dzerjinskdə vəfat edib.
 
BAKU.WS Rusiya KİV-ə iatinadən xəbər verir ki, qadın xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

 

"Xəbər Mariyanı şəxsən və qiyabi tanıyan hər kəsi şoka saldı. O güclü daxili aləmə və böyük iradəyə sahib çox parlaq şəxsiyyət idi", - məlumatda deyilir.

Xatırladaq ki, 2024-cü ilin yazında Orlovaya xərçəng diaqnozu qoyulmuşdu.

 

 

O, bir neçə ay ərzində xəstəliklə mübarizə aparıb, lakin təəssüf ki, xəstəliyə qalib gələ bilməyib.

Yanvarın 5-də 39 yaşını qeyd etməli olan modeldən geriyə 3 övlad qalıb.

Link kopyalandı!
Son xəbərlər