FTX azərbaycanlı cinayətkar dəstəni tutdu - FOTO
1933
02 Jan 2025 | 17:45

FTX azərbaycanlı cinayətkar dəstəni tutdu - FOTO

Rusiyanın Tver vilayətinin Kimri şəhərində Federal Təhlükəsizlik Xidməti və İstintaq Komitəsinin əməkdaşları müxtəlif cinayətlərdə iştirak edən azərbaycanlı mütəşəkkil cinayətkar dəstənin fəaliyyətinin qarşısını alıblar.
 
Moderator.az Lent.az-a istinadla bildirir ki, dəstədə azərbaycanlı Azər Əliyev və Nail Qabibov, həmçinin onun həyat yoldaşı Yuliya Qabibova iştirak ediblər.
 
Məlumata əsasən, onlar Moskva sakininin 5 milyon rubldan çox (təxminən 81 min 590 manat) dəyəri olan əmlakını qanunsuz olaraq ələ keçirməyi və 10 milyon rubldan çox (təxminən 163 min 180 manat) pul oğurlamağı planlaşdırıblar.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 159-cu maddəsilə cinayət işi açılıb.
 
Cinayət işində iştirak edən bütün şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
 
İstintaq zamanı azərbaycanlı qrupun Rusiya Federasiyası ərazisində digər cinayətlərin törədilməsində iştirakının olub-olmaması yoxlanılacaq.
 
Link kopyalandı!
Son xəbərlər