Bizi sosial şəbəkələrdən izləyin:
Hazırda ölkədə qış tətili günlərini yaşayırıq. Bayram günlərinin olmasına baxmayaraq şəhərdə, paytaxt küçələrində sıxlıq müşahidə edilir. Bəs görəsən bunun səbəbi nədir?
Mövzu ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Moderator.az-a danışdı.
“İnsanlar iqlimdən aslı olaraq hərəkət edirlər. Bayram günlərində bölgələrə, ölkədən kənara istirahətə yollanırlar. Di gəl ki, bu dəfə biz bunun əksini müşahidə etdik. Belə ki, bayram günlərində yollarda yenə sıxlıq müşahidə edilməkdədir. Görünür insanlar elə də çox gəzmək, mühitlərini dəyişmək istəmirlər. Bakının kifayət qədər daimi qeydiyyatda olan, yəni şəhərdə ümumi olaraq yaşayan əhali var ki, onlar da bayramı paytaxtda qeyd edirlər. Ona görə də bu sıxlıqların olması təbiidir. Əsas sıxlıq olan günlər qarşıdadır. Bayramdan sonrakı günlər və qarşıdan gələn Novruz bayramı ərəfəsində”.