Rusiyanın daha bir səhvi - MİQRANTLARA QARŞI QAYDALAR SƏRTLƏŞDİ
2451
02 Jan 2025 | 12:47

Rusiyanın daha bir səhvi - MİQRANTLARA QARŞI QAYDALAR SƏRTLƏŞDİ

“Rusiyanın miqrantlara qarşı qaydaları sərtləşdirməsi ən böyük zərbəni elə Rusiyanın özünə vuracaq”.
 
Bu sözləri Moderator.az-a açıqlamasında iqtisadçı-eksprt Eldəniz Əmirov bildirib. 
 
“Əvvəla ona görə ki, onsuz da artıq Rusiyada ciddi demoqrafik problemlər mövcuddur. Əhalinin azalması və yaşlanması qarşısı alınmaz hala gəlib. Yeni qaydalar miqrant axınının azaldaraq bu problemləri daha da dərinləşdirəcək.
 
Digər tərəfdən Rusiyada ciddi İşçi qüvvəsinin çatışmazlığı mövcuddur. Bu qərar tikinti, kənd təsərrüfatı, xidmət və sənayedə daha da çətin vəziyyət yaradacaq. Çünki, bu sektorlarda işçi qüvvəsi çatışmazlığı artacaq. Bu isə ümumi iqtisadi artım tempini belə ləngidə bilər.
 
 
Üçüncü bir tərəfdən, İlleqal fəaliyyət zərurətə çevrildiyi üçün qeyri-rəsmi fəaliyyət artacaq və bu da  vergidən yayınma hallarını artıraraq dövlət büdcəsinə mənfi təsir göstərəcək. Düzdür, bu böyük rəqəm olmasa da, heç bir dövlətin xoşlamadığı qarabazar sisteminin çiçıklənməsi üçün münbit mühit yaradacaq.
 
Digər bir mənfi təsir kimi miqrantlara qarşı sərt qaydaların Rusiyanın imicini daha da zədələcəyini göstərə bilərik. Həmçinin miqrant ölkələrlə, ələxsus da miqrantların əsas mənbəyi olan Orta Asiya ölkələri ilə əməkdaşlığa mənfi təsir göstərəcək.
 
Buna görə də Rusiya miqrantlarla bağlı qaydaları sərtləşdirmək əvəzinə onların iqtisadi inteqrasiyasını asanlaşdıran mexanizmlər yaratmaqla demoqrafik göstəricilərini, işçi qüvvəsi çatışmazlığını, şəffaflığı, miqrant ölkələrlə münasinətlərini və ən nəhayət siyasi imicini yaxşılaşdıra bilərdi.Amma əksini etdi”.
Link kopyalandı!
Son xəbərlər