Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ-da beş şagirdi ilə cinsi əlaqədə olan və onlardan birindən uşaq dünyaya gətirən keçmiş müəllim məhkəmədə hökm oxunduqdan sonra taleyini öyrənib.
Onu hamilə saxlayan 12 yaşlı uşağa təcavüz etməkdə təqsirləndirilən Alissa MakKommon çoxsaylı cinayətlərdə günahını etiraf edib.
Polis, ittihamların beş qurbanla əlaqəli olduğunu söyləyir, lakin Tennessidən olan keçmiş müəllim MakKommonun 21-ə qədər qurbanı ola biləcəyini əlavə edir. İşdən çıxarılmadan əvvəl beşinci sinif müəllimi işləyən 38 yaşlı Alissa, hakim Bleyk Nill tərəfindən vaxtından əvvəl azad edilmə hüququ olmadan 25 il həbs cəzasına məhkum edilib. Hakim Nill də MakKommonun "azyaşlı uşaqla heç bir əlaqəsi olmadığını" söyləyib.
Xəbər verilir ki, o, ömrünün sonunadək seksual cinayətkar kimi qeydiyyatdan keçməli olacaq və qurbanları ilə əlaqə saxlaması qadağandır. /Lent.az/
Bildirilir ki, o, qurbanlarından birinə 200 dəfədən çox zəng edib və şagirdlərinin anaları ilə dost olub, hətta onlardan biri ilə video oyunlar oynayıb və “Snapchat”da ona açıq-saçıq fotolar göndərib. Oğlana ondan hamilə olduğunu söylədiyi və qanunsuz münasibətlərini davam etdirmək istəmədiyi təqdirdə özünü öldürməklə hədələdiyi deyilir.
12 yaşlı qurbanın anası məhkəmədə MakKommona deyib: "Səni öz doğmam kimi sevdim, qapımı sənə açdım. Sən bizim dostluğumuzdan istifadə edərək bu dünyada məni və sevdiyim insanları incitdin, yetkinlik yaşına çatmamış oğlumun məsumluğunu aldın. Ağlınız xəstədir, çünki uşağa baxırsınız və həyəcanlanırsınız".