Şəhərimizi bəzəyən yeni il dekorları necə hazırlanır?-FOTOREPORTAJ+ÖZƏL
8204
31 Dec 2024 | 18:58

Şəhərimizi bəzəyən yeni il dekorları necə hazırlanır?-FOTOREPORTAJ+ÖZƏL

Yeni ilin gəlməsinə sayılı saatlar qalıb. Şəhərimiz və mərkəzi küçələr yeni il atributları ilə bəzənib. Bəs görəsən şəhərimizi bəzəyən bu atributlar necə hazırlanır?
 
Moderator.az yeni il dekorlarının hazırlandığı emalatxanada olub. Dizayner Nahid Eminov saytımıza açıqlamasında bildirib ki, artıq 10 ildən çoxdur bu sahədə fəaliyyət göstərir:
 
“Müxtəlif dekorlar hazırlayırıq. İstər səhnə tərtibatı, istər restoranlar üçün, istərsə də açıq hava üçün dekorlar hazırlayırıq. Materialımız strafordandır. Müxtəlif mayelərdən istifadə edərək straforu sərtləşdiririk və uzunmüddətli qalması üçün hazırlayırıq. Hazırda bəzək əşyası kimi London əsgəri adlandırılan heykəllər dəbdədir. Bundan başqa böyük yolka toplarını da sifariş edirlər. Biz bunu şəhərin müxtəlif yerlərində yerləşdirmişik. İldən-ilə dəb dəyişir. Hər il yeni dekorlar sifariş edirlər. Ötən il standart şaxta baba modellərinə tələbat var idi. Qələbəmizdən sonra daha çox xarıbülbül aksesuarına tələbat yarandı. Müştərilər bəzi modellərin üstündə xarıbülbül istəyirlər. Bu da bir simvol kimi düşünülüb” deyə Nahid Eminov bildirib.
 
Nahid Eminov iş prossesindən də danışıb:
 
“İş prosesimiz həqiqətən də çox çətindir. Strafor materialı daha yüngül və praktik olduğu üçün biz bundan istifadə edirik. Avtomobil və akril boyaları ilə straforu rəngləyirik. Düzdür onlar o dəqiqə qurumur. Bu bir az zaman alır. Bizim əməkdaşlarımızın əksəriyyəti incəsənət sahəsini duyan işçilərdir. Onların arasında rəssam da, heykəltəraş da var. Rəng tonlarını düzgün seçmək üçün rəssamlar, modellər üçün isə heykəltəraşlar çalışırlar. Bu proseslərdə mən özüm də daha yaxından iştirak edirəm. Təxminən ən uzun çəkən proses 1 həftə, 3-5 günə hazırlanır. Nizami küçəsindəki “Soyuq əllər, isti ürəklər” yarmarkasında, mərkəzi küçələrdəki otellərdə, qapalı restoranlarda bir çox dekorlarımızdan istifadə olunub” deyə o bildirib.
 
Emalatxandan fotoları sizlərə təqdim edirik.
Link kopyalandı!
Son xəbərlər