Bizi sosial şəbəkələrdən izləyin:
“Dekabr ayının 25-dən etibarən böyük kədər içindəyik. Bu günə qədər özümüzə gələ bilmirik. Bu ölkəmiz üçün böyük faciədir. 21-ci əsrdə belə bir faciəyə rast gəlmək inanılmazdır. Mən heç indiyə qədər eşitməmişdim ki, Azərbaycan Hava Yollarında bizim təyyarələrimiz hansısa qəzaya uğrasın. Belə hadisə olmamışdı. Məncə bu ilk dəfə idi. Bu qəza görün nə qədər insanın vaxtsız dünyadan köçməsinə səbəb oldu. Bu qəzada dünyasını dəyişənlərə rəhmət diləyirəm. Sağ qalanların tezliklə sağlamlıqlarına qovuşmasını arzulayıram”.
Bunu Moderator.az-a açıqlamasında dünya şöhrətli sənətkar, xalq artisti Xuraman Qasımova deyib.
Xalq artisti daha sonra əlavə edib:
“Bu bir cinayətdir. İlk versiyalarda deyirdilər ki, quş dəstəsi ilə toqquşub yaxud təyyarənin matoru partlayıb. Bütün bunlar uşaq düşüncələridir. Həmin gün bəlli oldu ki, ümumiyyətlə o tərəflərə uçuş etmək doğru deyildi. Hər şey onsuz da bəllidir, kadrlar da var. İstintaq gedir. O cəsur pilotlar, ekipaj üzvləri heç biri özünü yox, sərnişinləri düşündü. Nəticədə sağ qalanlar indi həqiqəti danışa bilir. Onsuz da hər şey tam aydın və ortada idi. Çox heyf.. Görün bu pilotlar nə qədər cəsarət göstərib, son ana qədər sərnişinləri düşünüblər”
.
Xalq artisti, görkəmli sənətkar Fidan Qasımova daha sonra əlavə edib:
“Mən cənab prezident, Ali Baş Komandan İlham Əliyevin çıxışını izlədim. Prezidentimizlə fəxr edirəm, qürur duyuram. Onun çıxışını izlədim. Hər sözündə, hər kəlməsində dərin məna, məzmun var idi. Ekipaj üzvlərinin dəfn mərasimində o kəskin, bir o qədər də təmkinli, cəsarətli çıxış etdi. Onun bu sözləri ürəyimizdən tikan çıxartdı. Mənə elə gəlir ki, heç bir şey gizli qalmayacaq. Bütün dünya ictimaiyyəti bilir ki, bu biz cinayətdir. Kim günahkardırsa o xalqımızdan üzr istəməlidir. Üzr istəmək utanc bir şey deyil ki.. Günahı öz boynuna almağın özü də insandan böyük cəsarət tələb edir. Günahı boynuna götürəndə insan yüksəlir. Bir dəfə heç olmasa öz cəsarətlərini göstərsinlər. Üzümüzə gələn yeni ili mənə elə gəlir ki, heç kim ürəyi istəyən kimi qarşılamayacaq. 31 dekabrda xalqımız Dünya Azərbaycanlılarının Həmrəylik gününü qeyd edəcək. Məhz elə bu dəfə necə xalq olduğumuzu, birliyimizi, həmrəyliyimizi göstərməliyik. Ürəyim qəm içindədir. Xalqı təbrik edim ya etməyim bunu bilmirəm. Bir az səbrli olmaq lazımdır. Arzu edirəm ki, dünyada sülh olsun, səma açıq, təmiz olsun, insanlar faciələrdən, fəlakələtlərdən uzaq olsunlar”.