Bizi sosial şəbəkələrdən izləyin:
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva Aktau yaxınlığında "Azərbaycan Hava Yolları"nın (AZAL) təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad edib.
Moderator.az xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi “FAO Azerbaijan” və UNDP-nin Azərbaycandakı nümayəndələri ilə birlikdə dekabrın 25-də AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad ediblər. Allah rəhmət eləsin!", - paylaşımda qeyd olunub.