Qəhrəman pilotun hər iki qızı milli komandamızın üzvləridir - FOTOLAR
1142
28 Dec 2024 | 13:06

Qəhrəman pilotun hər iki qızı milli komandamızın üzvləridir - FOTOLAR

"Azərbaycan Hava Yolları"nın Aktauda qəzaya uğrayan "Embraer 190" təyyarəsinin həlak olan kapitanı İqor Kşnyakin öz işinin peşəkarı idi.
 
Azərbaycan gənclər və idman nazirinin müavini Mariana Vasileva mərhum pilot İqor Kşnyakinlə bağlı danışıb. Nazir müavini bildirib ki, qəhrəman pilot Azərbaycan milli gimnastika komandasının üzvləri olan iki bacının atası idi.
 
Belə ki, İqor Kşnyakinın qızları Anastasiya və Darya Kşnyakina Azərbaycan milli gimnastika komandasında çıxış edirlər.
 
"Azərbaycan Gimnastika Federasiyasının "Gimnastika hamı üçün" növü üzrə təmsilçiləri Anastasiya və Darya Kşnyakinanın atası Kşnyakin İqor İvanoviç baş vermiş təyyarə qəzasında həyatını itirib. Kapitan Kşnyaşkin İqor İvanoviçin timsalında bütün ekipaj üzvlərinə Allahdan rəhmət diləyirik", - deyə gənclər və idman nazirinin müavini Mariana Vasileva bildirib.
 
Qeyd edək ki, İqor Kşnyakin ilk təhsilini 1982-ci ildə Sasovo Mülki Aviasiya Uçuş Məktəbində pilot ixtisası üzrə alıb. 1992-ci ildə Rusiya Dövlət Hidrometroloji İnstitutunun meteorologiya ixtisasını bitirib.
 
Böyük təcrübəyə malik olan kapitan İqor Kşnyakin 15 min saatdan çox uçuş həyata keçirib. Bu uçuşlardan təxminən 11 200 saatını kapitan qismində icra edib.
 
Aktauda baş vermiş dəhşətli qəzada 29 nəfərin sağ qalması məhz İqor Kşnyakinin qəhrəmanlığı sayəsində olub.
 
İqor Kşnyakinin iki qız övladı yadigar qalıb.
 
İqor Kşnyakinin dekabrın 25-də Bakı-Qroznı reysi ilə uçan "Azərbaycan Hava Yolları"na məxsus "Embraer 190" təyyarəsinin kapitanı idi. Həmin təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın "Pantsir-S1" zenit-raket kompleksi tərəfindən hücuma məruz qalıb. Daha sonra ciddi zədə alan təyyarəmizin Qroznı və Mahaçqala aeroportlarına enməsinə icazə verilməyib.
 
Rusiya tərfi izin itirilməsi məqsədilə "Embraer 190" təyyarəsini Qazaxıstanın Aktau şəhərinə doğru yönəldib.
 
"Embraer 190"ın ekipajı böyük şücaət göstərərək, təyyarəni Xəzər dənizinə düşməkdən xilas edərək, onu Aktau şəhərinə çatdıra bilib.
 
Təəssüf ki, Aktau limanına 3 dəqiqəlik məsafə qalanda təyyarə qəza enişi etməyə məcbur olub. Qəza nəticəsində, ümumilikdə 67 nəfərdən 38-i həlak olub. Həlak olanlardan 25-i Azərbaycan vətəndaşıdır.
 
Məhz pilotların gərgin səyləri nəticəsində 29 nəfər olaydan sağ qurtula bilib.
 
Pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və bələdçi Hökümə Əliyeva qəzada baş verən partlayış zamanı həlak olublar.
 
Onlar II Fəxri Xiyabanda dəfn olunacaqlar. /modern.az/

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər