Bakıda “Təhsil, Məşğulluq və İştirakçılıq üçün Rəqəmsal İnkişaf və Gənclik” layihəsinin ikinci mərhələsi keçirildi - FOTO
986
24 Dec 2024 | 18:06

Bakıda “Təhsil, Məşğulluq və İştirakçılıq üçün Rəqəmsal İnkişaf və Gənclik” layihəsinin ikinci mərhələsi keçirildi - FOTO

16-21 dekabr 2024-cü il tarixlərində Bakıda “Təhsil, Məşğulluq və İştirakçılıq üçün Rəqəmsal İnkişaf və Gənclik” layihəsinin ikinci mərhələsi baş tutub.
 
Layihə Azərbaycan tərəfindən “Odlar Yurdu” Gənclər İctimai Birliyi və Türkiyə tərəfindən “Gençlik ve Değerler Derneği”nin təşkilatçılığı, “Türkiye Ulusal Ajansı” ilə, Erasmus+ proqramı çərçivəsində həyata keçirilib.
 
İlk mərhələsi 17-19 iyun 2024-cü il tarixlərində baş tutmuş layihənin davamında bu dəfə həm Türkiyədən, həm də Azərbaycandan gənclər iştirak edərək bilik və təcrübə mübadiləsi aparıblar. Layihənin əsas məqsədi gənclərin rəqəmsal bacarıqlarını artırmaq, təhsil və məşğulluq imkanlarını genişləndirmək və onların cəmiyyətə daha aktiv inteqrasiyasını təmin etməkdir.
 
Tədbir çərçivəsində iştirakçılar arasında interaktiv müzakirələr, seminarlar və təlimlər təşkil edilmiş, rəqəmsal texnologiyaların gənclərin inkişafında rolu geniş şəkildə müzakirə olunmuşdur.
 
Layihənin ikinci mərhələsində iştirakçılar, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədr vəzifəsini icra edən Əziz Məmmədov, “Brandmaker” brendinin qurucusu Fərid Məhərrəmli, həmçinin yeniyetmə və yetkin psixoloqu Nəzrin Aslanzadənin rəhbərliyində müxtəlif sahələr üzrə təlimlər alıblar.
 
Bu təşəbbüs, Azərbaycan və Türkiyə arasında gənclər əməkdaşlığının inkişafına və Erasmus+ proqramının verdiyi imkanlardan tam istifadə edilməsinə xidmət edir.
Məlumat üçün bildiririk ki, layihədə Azərbaycan tərəfindən 20, Türkiyə tərəfindən isə 21 gənc iştirak edib.
 
Qeyd edək ki, layihənin növbəti mərhələsinin fevral ayında Türkiyədə keçirilməsi planlaşdırılır.
Link kopyalandı!
Son xəbərlər