BDU-da Türkiyə, Qazaxıstan və Bolqarıstan nümayəndə heyəti ilə görüş - FOTO
1254
24 Dec 2024 | 15:42

BDU-da Türkiyə, Qazaxıstan və Bolqarıstan nümayəndə heyəti ilə görüş - FOTO

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev BDU və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) birgə təşkilatçılığı ilə “Biotibbi və ekoloji problemlərin həlli üçün qabaqcıl materiallar” mövzusunda Beynəlxalq konfransda iştirak edən Türkiyə, Qazaxıstan və Bolqarıstan nümayəndə heyəti ilə görüşüb.
 
Bu barədə Moderator.az-a BDU-dan məlumat verilib.
 
Bildirilib ki, görüşdə Türkiyənin Ege Universiteti, Yıldız Texniki Universiteti, Sivas Cümhuriyyət Universiteti, Koç Universiteti, Yaşar Universiteti, Bolqarıstanın Stefan Angelof adına Mikrobiologiya İnstitutu, Qazaxıstanın Almatı Texnoloji Universitetinin nümayəndələri  iştirak ediblər.
 
Qonaqları salamlayan rektor Elçin Babayev bildirib ki, əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq elm və təhsil təşkilatları, dünyanın nüfuzlu universitetləri və elmi qurumları ilə əlaqələrin genişləndirilməsi BDU-nun inkişaf strategiyasının prioritet istiqamətlərindəndir. BDU ICESCO ilə əlaqələrə xüsusi önəm verir, ikitərəfli və çoxtərəfli müstəvilərdə əməkdaşlığı uğurla davam etdirir. BDU-da Azərbaycanda ICESCO-nun ilk ixtisaslaşdırılmış Biotibbi materiallar kafedrasının yaradılması elmin bu vacib sahəsi üzrə beynəlxalq əməkdaşlığın inkişafına xidmət edir. Rektor ICESCO ilə elm, təhsil, mədəniyyət sahələrində də əməkdaşlığı dərinləşdirmək istiqamətində yeni imkanlar üzərində çalışır.
 
Görüşdə universitetlər arasında birgə elmi tədqiqat işlərinin aparılması, ortaq qrant layihələrinin hazırlanması, adları qeyd olunan universitetlərin akademik heyətinin BDU-da magistratura pilləsində dərslərin aparılmasına cəlb olunması, biotibbi materiallar, kimya və biologiya sahələri üzrə magistr pilləsi üçün ikili diplom proqramlarının yaradılması ilə bağlı məsələlər müzakirə olunub.
 
Link kopyalandı!
Son xəbərlər