Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə daha 144 əməkdaş YAP sıralarına qəbul olunub
595
16:47, Bu gün

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə daha 144 əməkdaş YAP sıralarına qəbul olunub

Onlara Partiyanın üzvlük vəsiqələri və COP29 tədbirində fəal iştirakına görə Prezident İlham Əliyev tərəfindən təltif edilmiş Nazirlik əməkdaşlarına Təşəkkürnamələr təqdim edilib
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin daha 144 əməkdaşı müraciətləri əsasında Yeni Azərbaycan Partiyası (YAP) sıralarına qəbul edilib. Nazirlikdə həmin vətəndaşlara Partiyanın üzvlük vəsiqələrinin təqdim edilməsi tədbiri keçirilib.
 
Moderator.az xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev iştirak ediblər.  
 
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
 
S.Babayev müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə 1992-ci ilin noyabr ayında Yeni Azərbaycan Partiyasının yaradılmasının  ölkəmizin, xalqımızın tarixində əlamətdar hadisə olduğunu qeyd edib. Nazir Partiyanın müstəqil dövlətimizin qurulması və möhkəmləndirilməsi, ölkəmizin hərtərəfli inkişafı naminə böyük xidmətlər göstərdiyini diqqətə çatdırıb.  O, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının ölkəmizi daim irəliyə aparmaq, möhtəşəm tarixi qələbələrə, uğurlara sahib etmək missiyasını yüksək səviyyədə yerinə yetirərək ümumxalq inam və etibarı qazandığını vurğulayıb. 
 
YAP-ın Yasamal rayonu S.Əsgərova 85 ərazi ilk partiya təşkilatının fəaliyyətindən bəhs olunub. 2018-ci ilin aprel ayından Nazirlik və onun qurumları üzrə 2000-dən çox əməkdaşın müraciətləri əsasında YAP-a üzv qəbul edildiyi, hazırda Nazirlik sistemində çalışan əməkdaşlardan 4700 nəfərin YAP üzvü olduğu qeyd edilib. 
 
Ötən ay ölkəmizin yüksək səviyyədə ev sahibliyi etdiyi, dünyanın ən böyük tədbiri olan COP29-da fəal iştirakına görə 18 nəfər Nazirlik əməkdaşının da Prezident İlham Əliyev tərəfindən Təşəkkürnamə ilə təltif edildiyi bildirilib. Bu təltifin həmin əməkdaşlara böyük diqqətin göstəricisi olmaqla, onlar üçün həm də məsuliyyət olduğu diqqətə çatdırılıb.
 
T.Budaqov Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan, 1993-cü ildən ölkənin hakim siyasi partiyası kimi fəaliyyət göstərən YAP-ın ölkəmizin dövlət müstəqilliyi yoluna inamla irəliləməsi, hərtərəfli inkişafı naminə mühüm xidmətlərini qeyd edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi tarixi nailiyyətləri, 2020-ci ildə qazandığı tarixi Zəfəri və ərazi bütövlüyünü təmin etdiyini, ötən il isə növbəti böyük Qələbə nəticəsində ölkəmizin suverenliyinin tam bərpa olunduğunu diqqətə çatdırıb. 
 
Əldə olunan mühüm tarixi uğurların əsasında xalq-iqtidar birliyinin dayandığını qeyd edən T.Budaqov YAP sıralarına qəbulla bağlı belə tədbirlərin artıq ənənə halını aldığını, Partiyanın sıralarının daim genişlənməkdə olduğunu bildirib. 
 
Sonra Nazirlik sistemində çalışan əməkdaşlara YAP-ın üzvlük vəsiqələri, habelə COP29 tədbirində fəal iştirakına görə Prezident İlham Əliyev tərəfindən Təşəkkürnamə ilə təltif edilmiş əməkdaşlara həmin Təşəkkürnamələr təqdim olunub. Partiyaya yeni üzv qəbul edilən və təltif olunan əməkdaşlar çıxış edərək göstərilən yüksək inam və etimada, verilən yüksək qiymətə görə  dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Link kopyalandı!
Son xəbərlər