Bizi sosial şəbəkələrdən izləyin:
Bakı Dövlət Universiteti (BDU) və Ədliyyə Nazirliyinin Probasiya xidməti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Moderator.az xəbər verir ki, sənədi BDU-nun rektoru Elçin Babayev və Probasiya xidmətinin rəisi Vüqar Ağayev imzalayıb.
Memorandumun imzalanmasında məqsəd əməkdaşlıq, qarşılıqlı fəaliyyət və birgə layihələr vasitəsilə probasiya nəzarətində olan şəxslərin sosial-psixoloji xidmət sahəsində dəstəklənməsi və reabilitasiyasının həyata keçirilməsidir.
Memoranduma əsasən, probasiya qeydiyyatında olan şəxslərə sosial-psixoloji xidmət göstərilməsi prosesinə könüllülərin fəal şəkildə cəlb olunması, maarifləndirici tədbirlərin və seminarların təşkili, müvafiq sahələrdə qabaqcıl elmi-tədris, praktiki metodların tətbiqi üzrə dərs vəsaitlərinin hazırlanması, araşdırmaların və qarşılıqlı maraq doğuran digər işlərin aparılması ilə bağlı universitet və xidmət arasında əməkdaşlıq nəzərdə tutulur.
Tədbirdə BDU-nun rəhbərliyinə və professor-müəllim heyətinə Probasiya xidmətində könüllülük fəaliyyətinin dəstəklənməsi, habelə probasiya sahəsində aparılan işlər barədə də ətraflı məlumat verilib.