Bizi sosial şəbəkələrdən izləyin:
Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Şuşa şəhərinə çatıb.
Moderator.az xəbər verir ki, bu mərhələdə şəhərə köçürülən 191 nəfərdən ibarət 49 ailəyə mənzillərinin açarları təqdim edilib.
Mərasimdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Şuşaya daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzillər verilib.