Bizi sosial şəbəkələrdən izləyin:
Tanınmış rejissor, “Tərəqqi” medallı Rövşən İsax Moderator.az-ın suallarını cavablayıb.
-Rövşən bəy, hazırda “İmtina” adlı serial çəkirsiniz. Bu əsəri ekranlaşdırmaq və bunu seriala çevirmək hansı zərurətdən irəli gəldi?
-Zərurətdən irəli gəldi deyəndə ki, "Bəxtiyar" dakı Ağabalanın sözü olmasın bu sahədə az-maz adı olanlardan biriyik. Sözsüz ki, bu zarafatdır. Amma hər zarafatda bir az zarafat var. Qalanı həqiqətdir. 10 ildən çoxdur ki, serial sahəsindəyik və bu illər ərzində tamaşaçılara 4 serial təqdim etmişik. Hər biri də yetərincə reytinq qazanıb. Budəfəki iş də əvvəlkilər kimi müəyyən ideyanın, təxəyyülümüzün bəhrəsidir. Düşünürəm ki, bu işimiz də o birilər kimi yaddaqalan olacaq.
-Ümumiyyətlə hər bir sənətkar sizin çəkdiyiniz seriallarda rol almaq istəyir. Onu da qeyd edim ki, seriallarınız çox baxımlı olur. Bu nədən irəli gəlir? Tələbkarlığınızdan yoxsa düzgün aktyor seçimindən?
-İlk növbədə tələbkarlıqdan. Bizim üçün nizam-intizam bu işdə ən vacib şərtdir. Aktyor seçimi bu məsələdə ikinci olsa da heç də az vacib deyil. Burada da "Gözəllik ondur, doqquzu dondur" misalını unutmamaq lazımdır. Yəni aktyor seçimindən əlavə hər bir fərd üçün rolun xarakterini tapmaq, o xarakteri personaja "oturtmaq" lazımdır. Bizdə vaxt olub ki, bunun üzərində hələ senari yazılmasına başlamazdan əvvəl günlərlə müzakirə aparmışıq. Ola bilsin dediyiniz, baxılır, sevilir, səbirsizliklə gözlənilir feilləri məhz bununla əlaqəlidir.
-Bir də siz ulduzları çəkmirsiz... Ulduz edirsiz, ulduz yetişdirirsiz.. Bu daha çətin deyilmi?
-Təbii ki, heç vaxt aktyorun kölgəsində gizlənmək istəməmişəm. Daha doğrusu düşünməmişəm ki, ulduz aktyor çəkim onun hesabına baxılsın. Bu düşüncənin sahibi olmamışam. Bəli, az tanınmışları çəkib, onlarla işləmək təbii ki, daha çətindir.