Xalq artistindən ÜZÜCÜ XƏBƏR - Sağalmaz xəstəliyə tutuldu
1875
13 Dec 2024 | 14:40

Xalq artistindən ÜZÜCÜ XƏBƏR - Sağalmaz xəstəliyə tutuldu

Sovet kinosunun tanınmış simalarından biri olan Qalina Polskixin səhhətində ciddi problemlər aşkarlanıb.

Rusiya mediası xəbər verir ki, aktrisaya ağciyər fibrozu diaqnozu qoyulub.

Noyabr ayında sinə ağrısı və nəfəsalma çətinliyi səbəbindən xəstəxanaya yerləşdirilən sənətkarın müayinələri zamanı ağciyərlərində geriyədönməz dəyişikliklər müşahidə olunub. Həkimlər xəstəliyin pnevmoniyanın ağırlaşması nəticəsində inkişaf etdiyini ehtimal edir.

Qalina Polskix, “Mən Moskvada gəzirəm”, “Kölgələr günorta çəkilir”, “Vəhşi it Dinqo” və “Ailə vəziyyətinə görə” kimi məşhur ekran işlərində canlandırdığı obrazlarla geniş tamaşaçı kütləsinin sevgisini qazanıb. Aktrisa, həmçinin televiziya ekranlarında yer alaraq “Ranetki” və “Mənim ədalətli dayəm” kimi seriallarla yadda qalıb. /Musavat.com/

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər